Putin Şeyxülislamdan danışdı

putin-seyxulislamdan-danisdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Putin Rus Pravoslav Kilsəsinin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə arasında olan dostluq və əməkdaşlıq münasibətlərini beynəlxalq müstəvidə dinlər, konfessiyalararası əlaqələrə gözəl nümunə kimi örnək göstərib.

Bu münasibətləri yüksək dəyərləndirən V. Putin dini liderlər arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin qarşılıqlı münasibətlər üçün böyük fayda daşıdığını vurğulayarkən deyib:"....Biz Azərbaycanın müsəlman ruhani rəhbərliyi ilə Patriarx həzrətləri arasında necə gözəl münasibətlərin mövcud olduğunu bilirik. Şəxsi, sadəcə dostluq münasibətləri. Patriarx Aleksi ilə də yaxşı münasibətlər mövcud idi, indiki Patriarxla da olduqca gözəldir".

Rus dili variantı üçün: Kilklə