Putinin gizli sərvəti açıqlandı

putinin-gizli-serveti-aciqlandi
Oxunma sayı: 656

Getdikcə reytinqin itirən Rusiya prezidenti Vladimir Putinin gizli sərvəti açıqlanıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Putinin nüfuzunun azalmasına səbəb olan ciddi amillərdən biri kimi onun heç cür zəngin və dəbdəbəli həyat şəraitindən imtina edə bilməməsi göstərilir. Onun öz seçicilərini aldadaraq rəsmi olaraq illik gəlirinin 4 milyon rubldan az olduğunu açıqlasa da, həyat tərzinin Fars körfəzi ölkələrinin monarxları və oliqarxları ilə müqayisə oluna biləcəyi qeyd olunur.

Rusiyanın Respublika partiyası və "Həmrəylik" hərəkətinin federal siyasi şurasının üzvü tərəfindən hazırlanan “Qalerada qulun həyatı. Saraylar, gəmilər, avtomobillər, təyyarələr və digər aksessuarlar” başlıqlı hesabatda Putin sərvəti hesaba alınıb. Hesabatda prezidentin 20 qəsri, villası və sarayından bəhs edilir. Qərb ərazilərində inşa edilən obyektlərindən çoxu isə tez-tez KİV-in qalmaqallı araşdırma predmetinə çevrilib.

Əlbəttə, bu cəzasız qalmayıb. Ən son nümunə kimi Qara dəniz sahillərində “Putinin sarayı”na baxarkən guya keşikçilərdən birinə sui-qəsd etmək istəyən məşhur erməni əsilli ekoloqa qarşı açılan məhkəmə işi göstərilir.

Hesabatda xüsusi olaraq uçuş heyəti üçün nəzərdə tutulan və prezidentə xidmət edən “Rusiya” avioparkında 43 təyyarə və 15 vertalyotun, parkın ümumi dəyərinin isə 1 milyard dollar olduğu deyilir.
Prezidentin 4 lüks gəmidən ibarət mini-donanması isə 3 milyard rubl qiymətləndirilir.

Dövlət başçısının mindiyi avtomobillərə gəlincə hesabat müəllifləri qeyd edirlər ki, Putinin vətəndaşlara görə Qaz M-21, Qaz M-21P, “Niva” və “Skif” qoşqusu var. Lakin onun kolleksiyasının ümumi dəyəri 22 milyon rubldur ki, bu da onun illik maaşından altı dəfə çoxdur.

Putinin mətbuat katibi Dmitri Peskov isə buna aydınlıq gətirərək bildirib ki, prezidentin istifadə etdiyi bütün maşınlar dövlətə məxsusdur.