Qarabağ növbəti mərhələdə

<b>Qarabağ növbəti mərhələdə</b>
Oxunma sayı: 149

Qol.Az-ın məlumatına görə, bu mərhələdə iki təmsilçimiz - "Qarabağ" və AZAL klublarının taleyinə aydınlıq gəlib. "Qarabağ" Litvanın "Banqa" komandasını öz meydanında qəbul edib. AZAL isə Belarusda "Minsk"in qonağı olub. "Qarabağ" ilk görüşdə olduğu kimi, yenə böyük hesabla qalib gəlib. Amma bu dəfə 4:0 yox, 3:0 hesablı qələbə qeydə alınıb. Növbəti mərhələdə Ağdam komandasının rəqibi "Streymur" (Farer adaları) olacaq.
Bakıda baş tutan ilk görüşdə rəqibinə qalib gələ bilməyən AZAL isə Belarusda məğlubiyyətlə üzləşib. Bununla da Nazim Süleymanovun komandası elə birinci mərhələdə dayandırmalı olub. Beləliklə, ikinci təsnifat mərhələsində Türkiyə "Qaziantepspor"una "Minsk" rəqib olub.

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk görüşləri iyulun 14-də, cavab qarşılaşmaları isə ayın 21-də keçiriləcək.


7 iyul

Avroliqanın birinci təsnifat mərhələsinin cavab qarşılaşmaları
22:00. "Minsk" – AZAL - 2:1
Qollar: Yevgeni Loşankov, 5 (1:0). Denis Saşenko, 10 (2:0). Zohair Benuahi, 66 (2:1)
Qırmızı vərəqə: Usim Nduka, 46 (AZAL)
Hakimlər: Angel Angelov, Nikolay Angelov, Ventsislav Qavrilov, Aleksandar Kostadinov
(Bolqarıstan).
Hakim-inspektor: Patritiu Abrudan (Rumıniya).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).
(İlk oyun – 1:1)

Minsk"in start heyəti: Simas Skinderis, İqor Voronkov, Aleksandr Saçivko, Andrey Razin (k), Dmitri Şeqrikoviç, Denis Saşenko, Yevgeni Loşankov, Artyom Rəhmanov, Nikolay Zenko, Nikolay Osipoviç, Taina Soro

AZAL-ın start heyəti: Cahangir Həsənzadə, Hüseyn Axundov, Aqil Nəbiyev, Robert Petrov, Usim Nduka, Mənsur Limani, Viktor İbekoyi, Tərlan Xəlilov, Zohair Benuahi, Nuqzar Kvirtiya, Enyo Krastovçev

21:00. "Qarabağ" - "Banqa" - 3:0
Qollar: Admir Teli, 29 (1:0), Rəşad Sadiqov, 35 (2:0). Ansi Aqolli, 76 (3:0)
Hakimlər: Yuri Mojarovski, Aleksandr Voytyuk, Mikola Levko, Vitali Romanov (hamısı Ukrayna).
Hakim-inspektor: Jozef Marko (Slovakiya).
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə).
(İlk oyun – 4:0)


"Qarabağ"ın start heyəti: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 18. İlqar Qurbanov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 20. Nderim Nedzipi, 2. Qara Qarayev, 23. Tural İsgəndərov

Baş məşqçi: Qurban Qurbanov


"Banqa"nın start heyəti: 1. Paulius Poçyus, 2. Deyvidas Padaygis, 5. Karolis Urbaitis, 7. Rimvidas Qrudis, 9. Andrius Lipskis (k), 10. Mikas Kura, 15. Gitis Qaulis, 19. İqnas Baqdonas, 21. İrmantas Zelmikas, 37. Mindauqas Bitinas, 40. Andrey Usaçov, 88. Marius Kazlauskas.

Ehtiyat oyunçular: 77. Denis Komelçiks, 8. Qayus Kulbis, 13. Mantas Qudauskas, 24. Gyedrius Ratkus.

Baş məşqçi: Arminas Narbekovas.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi