Qənirə Paşayeva Sarkisyana cavab verdi

<b>Qənirə Paşayeva Sarkisyana cavab verdi </b>
Oxunma sayı: 153

Millət vəkili çıxışında Azərbaycanın AŞ-də aparılan islahatları dəstəklədiyini qeyd edib və onun qəbul etdiyi qərarların yerinə yetirilməsinə nəzarət etmək üçün qüvvədə olan nəzarət mexanizmlərini gücləndirilməsinin vacib olduğun qeyd edib.
"AŞ PA-nın qəbul etdiyi qərarların nə dərəcədə yerinə yetirildiyinə nəzarət etmək üçün qüvvədə olan nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, yalnız bundan sonra çıxarılacaq qərarların deyil, eləcə də bu günə qədər qəbul olunmuş qərarların da nə dərəcədə tətbiqinə əmin olmaq üçün ciddi nəzarət mexanizmlərinin hazırlanması, ya da mövcud olan mexanizmlərin daha da gücləndirilməsi qənaətindəyəm.
Bu xüsusda, bir örnək vermək istərdim. AŞ PA-nın 1416 saylı qətnaməsinin qəbulundan 6 il keçib. Buna baxmayaraq, Ermənistan tərəfi sözügedən qərardan irəli gələn tələblərin yerinə yetirilməsinə dair bir addım belə atmamışdır. Bu gün Ermənsitan prezidnetini dinlədiniz. O, sözügedən qətnamənin nə vaxt yerinə yetirəcəklərinə dair heç buir açıqlama vermədi. Əksinə, AŞ-nin qəbul etdiyi qərarlara zidd olaraq, açıqlamalar verdi. Məsələn, Dağlıq Qarabağ üzrə Alt Komitə AŞ PA Bürosu tərəfindən yaradılıb.
Amma Ermənistan nümayəndələri bu Komitənin işində iştirak etməkdən imtina edirlər. Serj Sarkisyan bu gün Assambleyanın əleyhinə olan bu addımı dəstəklədi. Bununla da, AŞ-nin qəbul etdiyi qərar və qətnamələrə hörmətsizlik nümayiş etdirdi. AŞ buna laqeyd qalmamalı və qəbul etdiyi qərarların tətbiqi üçün ciddi təsir mexanizmlərinə əl atmalıdır "-Paşayeva deyib.

Millət vəkili çıxışında Ermənistan prezidentinin münaqişənin tənzimlənməsi yönəlmiş açıqlamalar vermədiyini qeyd edib.
" Ermənistan prezidenti bu gün habelə münaqişənin tənzimlənməsi istiqamətində də açıqlamalar vermədi. Əksinə, çoxlu qeyri-obyektiv və yanlış məlumatlar verdi. Məsələn, o, bildirdi ki, Azərbaycanda irqçilik və ermənifobiya var. Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Və ölkədə heç bir irqçilik və ermənifobiyası yoxdur. Əgər bu belə olsaydı, bu gün bizim aramızda 30 minə yaxın erməni yaşamazdı. Amma siz Ermənistana gedəndə soruşun ki, orada sizə bir azərbaycanlı göstərsinlər. Onlar bunu göstərə bilməyəcəklər. Çünki etnik təmizləmə siyasəti apararaq, bütün azərbaycanlıları öz evlərindən qovublar. O zaman soruşun ki, bu torpaqlarda yaşayan 100 minlərlə Azərbaycanlıların taleyi nə oldu ? Əksinə, onlarda azərbaycanlı fobiyası var. Ermənistan prezidenti AŞ prinsipləri əleyhinə də bir çıra ciddi açıqlamalar verdi. Buna biganə qalınmamalıdır. Buna qarşı sərt mövqe nümayiş olunmalıdır.
Ermənistan prezidenti bəyan edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanla birgə yaşamaq istəmir və müstəqil dövlət qurmaq istəyirlər. Bu bütün beynəlxalq prinsiplərə, Avropa Şurasının da prinsiplərinə ziddir. Düşünün ki, bütün Avropa ölkələrində yaşayan milli azlıqlar sabah durub deyirlər ki, artıq bu dövlətlə yaşamırıq və biz bu dövlətin ərazisində özümüzün müstəqil dövlətimizi quracağıq. O zaman Avropada hansı problemlər baş verər, hansı faciələr yaşanar?! Ermənistan prezidentinin verdiyi açıqlamalar münaqişənn həllinə mənfi təsir edən açıqlamalardır. Avropa Şurası öz dəyər və prinsiplərini, öz qərar və qətnamələrinin yerinə yetirilməsini müdafiə etməlidir və bu cür çıxışlara qarşı öz səsini ucaltmalıdır”, - deyə Q.Paşayeva bəyan edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi