Qış çempionu məlum oldu

qis-cempionu-melum-oldu
Oxunma sayı: 701

Azerisport.az xəbər verir ki, 2011-ci ilin son turunun qapanış günündə üç görüşdən ikisi artıq bitdi.

"Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul etdi. Lider "Neftçi" son dövrlər heç də yaxşı günlərini keçirməyə "Kəpəz"lə qarşılaşdı. Nəhayət, 2011-ci ilin sonuncu, eyni zamanda bu turun mərkəzi oyununda "Xəzər Lənkəran" "Bakı" ilə qarşılaşacaq.

Premyer Liqa
18-ci tur
21 dekabr (çərşənbə)

QƏBƏLƏ - QARABAĞ - 0:0 (0:0)
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Əliyar Ağayev
Qəbələ. Şəhər stadionu.

Oyun başladı
4. "Qarabağ"ın əks hücumu zamanı Əfran topa çata bilmir
6. "Qəbələ" hücumu zamanı Pavloviç topu dəf edir
9. Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, müdafiəçilər topu meydandan çıxarırlar
12. Oyun əsasən meydan mərkəzində gedir
18. Vüqar Nadirov künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır
20. Əfranın qapı qarşısına ötürməsini Lyubo Baranin uzaqlaşdırır
24. Baranin Raufa qarşı qaydanı pozur. Roşa cərimə zərbəsini yerinə yetirir, lakin top meydandan çıxır
25. Rauf Əliyev və Saşa Yunisoğlu toqquşma nəticəsində zədələnirlər, onlara tibbi yardım göstərilir
27. "Qəbələ" künc zərbəsini yerinə yetirir və Pavloviç əla reaksiya ilə topu dəf edir
30. Əfran ofsayda düşür
32. Aqollinin qapı qarşısına ötürməsi, lakin topa çatan olmur
34. Qonaqlar ardıcıl hücumlar qursalar da, qapıya zərbə endirə bilmirlər
37. "Qəbələ"nin hücumu zamanı Aqolli topu meydandan çıxarır
40. Əfran 3 rəqibini keçir, cərimə meydançasına daxil olur, lakin qapıya zərbəsi qol gətirmir
44. Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, Raufun başla qapıya zərbəsi zamanı top qapının üstündən keçir
45. Aqollinin cərimə meydançasına ötürməsi, lakin Rauf topa toxunsa da, müdafiəçilər topu uzaqlaşdırır
45+1. Roşa künc zərbəsini yerinə yetirir, lakin topa rəqib daha tez toxunur və hakim ilk hisəni bitirir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Maksim Medvedev sarı vərəqə alır
53. "Qəbələ`də ilk oyunçu dəyişikliyi: Arif İsayevi Murad Hüseynov əvəzləyir
54. A.Çertoqanov sarı vərəqə alır
55. R.Sadıqov cərimə zərbəsini yerinə yetiir, Vurğun Hüeynov topu meydandan çıxarır
57. Əfran sürətlə irəliləyi, və ona qarşı kobudluğa görə Daniel Kruz sarı vərəqə alır
60. Roşa cərimə zərbəsini yerinə yetirir, qüvvətli zərbə və top qapının üstündən keçir
64. Roşa cərimə meydançasına daxil olur, lakin ona qarşı qayda pozulur
65. R.Sadıqov cərimə zərbəsi canlı səddən dönür
66. Əfranın qapı qarşısına ötürməsi zamanı Raufun qapıya zərbəsı bir qədər aralı keçir
67. Roşanın Əfrana ötürməsinə sonuncu çata bilmir
69. "Qarabağ"da ilk oyunçu dəyişikliyi: Rauf Əliyevi Nderim Nedzipi əvəzləyir
70. Roşaya qarşı qayda pozulur, hakim cərimə zərbəsi təyin edir
71. Dərhal cərimə zərbəsi yerinə yetirilir, Baranin topu uzaqlaşdırır
73. "Qəbələ" cərimə zərbəsi yerinə yetirir və top qapının yanından keçir
76. "Qarabağ" ın əks hücumu zamanı Aqollinin cərimə meydançasına ötürməsini Baranin uzaqlaşdırır
79. "Qarabağ"da oyunçu dəyişikliyi: Vüqar Nadirovu Adamiya əvəzləyir
82. "Qəbələ" cərimə zərbəsini yerinə yetirir və Pavloviç topu dəf edir
83. Aqollinin qapıya zərbəsini qapıçı dəf edir
86. "Qarabağ"da oyunçu dəyişikliyi: Roşanı Bəxtiyar Soltanov əvəzləyir
90. Admir Teli sarı vərəqə alır. "Qəbələ" cərimə zərbəsini yerinə yetirir və Pavloviç topu tutur
Matç başa çatdı


NEFTÇİ - KƏPƏZ - 2:0 (2:0)
Qollar: Flavinyo, 19 (1:0), B.Nasimov, 43 (2:0)
Hakimlər: Anar Salmanov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Alik Yunusov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

Oyun başladı
2. R.Abdullayevin sağ cinahdan ideal ötürməsini B.Nasimov demək olar ki, boş qapıya göndərə bilmir
7. İ.Mitreski qonaqların hücumçusu Y.Fomenkoya qarşı təhlükəli nöqtədə qaydanı pozur
8. Parxaçovun cərimə zərbəsi canlı səddən qayıdır
15. "Kəpəz" hələ ki, meydan sahiblərinə istədiyi oyunu sərgiləməyə imkan vermir
17. S.Stamenkoviç komandasını qoldan xilas edir
18. Qapıçı Kənan Bayramov B.Nasimovu cərimə meydançasında yıxdığına görə penalti təyin olunur
19. Flavinyo penalitdən hesabı açır - 1:0
22. Svejnitsevin uzaqdan zərbəsi qeyri-dəqiq alınır
23. "Kəpəz"də erkən əvəzləmə: D.Parxaçovun əvəzində meydana Azər Məmmədov daxil olur
32. Flavinyonun doqquzluğa ünvanladığı topu qapıçı əla reaksiya ilə kornerə çıxarır. Korner də təhlükəli, amma nəticəsizdi
39. A.Feutçin sarı vərəqə alır
43. Bahodir Nasimov təkrar zərbə ilə hesab arasındakı fərqi artırır - 2:0
45. İlk yarıya bir dəqiqə əlavə olunur
45+1. İ.Mitreski də sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
52. R.Abdullayevin zərbəsini qapıçı tutur
54. Qonaqların çox təhlükəli hücumu zamanı "Neftçi"ni qapı dirəyi qoldan xilas edir
55. İ.Mitreski ikinci sarı vərəqə alaraq meydandan qovulur
60. "Neftçi" oyuna nəzarəti əlində saxlamaqda davam edir
66. A.Feutçin də ikinci sarı vərəqə alaraq meydandan qovulur
72. Emin Əliyev Svejnitsevin əvəzində meydana daxil olur
73. Z.Əsədov "Neftçi"nin qapısına yol tapmağa yaxın olsa da, zərbəsi dəqiq olmur
78. Flavinyonun zərbəsini K.Bayramov geri qaytarır
80. Flavinyonun zərbəsi qapıdan azacıq aralı keçir
81. S.Stamenkoviç komandasını real qoldan xilas edir
82. M.Seyidovun əvəzində meydana A.Abdullayev çıxır
84. Y.Fomenko yerini Junivan Suaresə verir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. P.Paşayevin çox təhlükəli zərbəsini S.Stamenkoviç kornerə çıxarır
Matç başa çatdı


16:00. XƏZƏR LƏNKƏRAN - BAKI
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Yaşar Abbasov, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu.

Qeyd edək ki, turun digər oyunları ilk oyun günündə keçirilmişdi: Sumqayıt Şəhər – Turan – 1:0, Rəvan – AZAL – 3:1, Simurq – İnter – 0:2.


Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
6 - Uinston Parks (Bakı), Flavinyo (Neftçi), Dodo (Qəbələ).