Quzey Kıbrızın adı dəyişdirilir

quzey-kibrizin-adi-deyisdirilir
Oxunma sayı: 648

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, adanın yunanlar yaşayan Kiprin Avropa Birliyinə sədrlik edəcəyi 1 iyula qədər problem həll olunmazsa, Ankaranın təklif etdiyi plan gündəmə gələcək.

Ankaranın təklif etdiyi plana görə, QKTC “Annan planı”nda olduğu kimi Kıbrız Türk Dövlət adlanacaq. Bundan sonra dünya dövlətlərindən tanınması tələb ediləcək.

QKTC İslam Konfransı Təşkilatında (İKT) 2004-cü ildə qəbul olunmuş qərarla Kıbrız Türk Dövləti adıyla təmsil olunmağa başlamışdı. Bu halda İKT-yə üz olan 57 ölkənin Kıbrız Türk Dövlətini tanıyacağı iddia edilir.