Rasistlərin daha axmaq olduğunun elmi izahı tapıldı

rasistlerin-daha-axmaq-oldugunun-elmi-izahi-tapildi
Oxunma sayı: 653

Kanadanın Brok universitetində maraqlı araşdırma aparılıb. Zəkasız və zəkalı insanların irqi ayrı-seçkiliyə münasibətini araşdıran kanadalı alimlərin tədqiqatı nəticəsində əldə edilən nəticə zəkasız insanların sözügedən cəhətə daha çox meyl etdiklərini deməyə əsas verir.

“Psixologiya” jurnalında dərc olunan məqalədə araşdırmanın nəticələrinə görə, daha az zəkalı insanların basmaqəlib ideologiyalara inanmağa daha meyllidirlər. Habelə, araşdırmada belə insanlarda başqaları haqda onları hərtərəfli tanımadan barələrində mənfi rəy formalaşdıqları da müəyyən edilib.

ABŞ-ın Virciniya universitetinin pedaqoqu psixoloq Brayan Nosek də kanadalı məsləkdaşlarının görüşlərini dəstəkləyib. Psixoloq elmi səviyyəsi aşağı olan insanların asanlaşdırıcı ideologiyaları mənimsəməsinə təəccüblənməmək gərəkdiyini ifadə edib.

azerimuslims