Rayonda mitinq oldu - Fotolar

rayonda-mitinq-oldu-fotolar
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, Kür daşqınları zamanı zərər çəkmiş kənd sakinləri kompensasiyaların verilməməsinə və yaxud verilən zaman isə kompensasiyaların kəsilməsinə etiraz ediblər. Aksiyaçılar yerli strukturların nümayəndələrindən şikayət ediblər. Onların şikayəti Minbaşı kənd icra nümayəndəsinin rəhbəri Bəybala İsgəndərovdan, müavini Qədir Əliyevdən və kənd bələdiyyəsinin sədri Rufulla Qocayevdən olub. Kənd sakinləri bildirirlər ki, adları çəkilən şəxslər onlara daşqınlara görə kompensasiyalar verilərkən 1000 manatdan 200 manatı özlərinə saxlayırlar: “Kompensasiyalar düzgün verilmir və qəzalı evləri siyahıya alan zaman rüşvət verənlərin evləri siyahıya alınır, verməyənlər isə alınmır”.