Braziliyanın ən qədim muzeyi yandı - 200 illik tarix məhv oldu+Video

braziliyanin-en-qedim-muzeyi-yandi
Oxunma sayı: 1394

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Milli muzey tamamilə yanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən qədim muzeyində yanğın ötən gecədən başlayıb və üç saat davam edib.  Hadisə muzey bağlandıqdan sonra baş verdiyi üçün ölən və xəsarət alan olmayıb. 

Yanğının hansı səbəbdən baş verdiyi hələ müəyyən olunmayıb. 

Ölkənin mədəniyyət naziri Serjiu Sa Leytan bildirib ki, muzey “uzun illərin səhlənkarlığı” ucbatından məhv olub.

Braziliya prezidenti Mişel Temer tvitterdən bəyan edib ki, yanğın nəticəsində 200 illik iş, araşdırma və bilik məhv olub: “Bütün braziliyalılar üçün kədərli bir gündür. Tariximizin dəyəri binaya dəyən zərərlə ölçülə bilməz”. 

Qeyd edək ki, 2016-cı ildə Temer prezident postuna seçildikdən sonra muzeyin ehtiyacları üçün ayrılan büdcə kəskin şəkildə azaldılıb. 

Muzeydə 20 milyondan çox eksponat qorunurdu. O, 1818-ci ildı Portuqaliya kralı VI Juan tərəfindən yaradılmışdı.