Rəqsanə Üzeyiri müğənni saymır

reqsane-uzeyiri-mugenni-saymir
Oxunma sayı: 676

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Rəqsanə deyib:

"Birincisi, mən Üzeyiri müğənni saymıram! O, dünənki uşaqdır və mənim tayım deyil. İkincisi, Üzeyir əvvəlcə mənimlə konsertdə çıxış etməkdən boyun qaçırsa da, sonradan prodüserimin telefonunu "atəşə tutmuşdu" – konsertdə iştirak üçün xahişlərin sayı-hesabı yox idi. Amma bu dəfə mən onunla birgə konsertdən imtina etdim".

Aparıcının "son zamanlar Röya hamıdan narazıdır" fikri isə Rəqsanəni əməlli-başlı özündən çıxarıb: "O kimdir ki, hamıya dərs keçir?! 5-6 mahnısı populyardırsa, bu hələ onun istədiyini danışa biləcəyi anlamına gəlmir".