Rəsul Quliyev BMT-də olub

resul-quliyev-bmt-de-olub
Oxunma sayı: 674

“Qafqazinfo” azpolitika.info-ya istinadən xəbər verir ki, bu görüşdə BMT-nin bu gün dünyada demokratik və azad vətəndaş cəmiyyətlərinin yaranmasındakı rolu müzakirə olunub. Xüsusilə Azərbaycan xalqının gələcəyinin azad və şəffaf demokratik seçkilərindən asılı olması qeyd olunub. Azərbaycanın qonşu dövlətlərlə də olan əlaqələrinin uzun müddətdə ölkədə vətəndaşların iradəsi və həqiqi seçimi ilə bərqərar olmuş hakimiyyətdən asılı olması vurğulanıb.

Axırıncı bir ildən çox olan müddətdə BMT-nin rolunun mühümlüyünün və diktatura rejimlərinin sürətlə çökməsi bu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrin zamanında verilməsinin vacibliyini göstərir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında olması və bu yaxında Suriya ilə əlaqədar qəbul edilmiş qətnamədə insan hüquqlarının pozulması və qırğının qarşısını almaq üçün qətnamənin qəbul olunmasına müsbət yanaşması BMT-nin üzvlərinə əsas verir ki, Azərbaycan hakimiyyətindən tələb etsin ki, öz xalqının hüquqlarını pozmasın. Qarşıda gələn 2013-cü il Prezident seçkilərində Azərbaycan xalqının səs vermə hüququnun tam bərpa olunması, seçkilərdə saxtalaşdırmaya yol verilməməsi və hətta BMT-nin nümayəndələrinin müşahidəsi ilə keçirilməsinin yolları haqda fikir mübadiləsi aparılıb.