Rəsul Quliyev müqavimət hərəkatı yaradır - Video

resul-quliyev-muqavimet-herekati-yaradir-video
Oxunma sayı: 658

Azərbaycan parlamentinin sabiq sədri, müxalif Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev dekabrın 2-də öz bloqunda - rasulguliyev.wordpress.com - video müraciət yayıb. “Media forum” saytı xəbər verir ki, Azərbaycan hakimiyyətini 1995-ci ildən bəri keçirilmiş bütün seçkiləri saxtalaşdırmaqda, total korrupsiyada günahlandıran sabiq spiker müqavimət hərəkatı yaratmaq niyyətində olduğunu deyib.

1993-1996-cı illərdə Milli Məclisin sədri olmuş Rəsul Quliyev 15 ildən çoxdur ABŞ-da mühacir həyatı yaşayır. Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb.

Videomüraciət Burada