Brilliantın adı Aygün və Röya olan siyahıda yoxdur

brilliantin-adi-aygun-ve-roya-olan-siyahida-yoxdur
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, nominatlar arasında Türküyənin TMB (Türk Musiqi Birliyi) telekanalında “Brilliantla Pırlantalı gecələr” verilişininə aparıcılıq edən Brilliant Dadaşovanın adının olmaması bir çox mətbu orqanlarda sual doğurub.

Mətbuat xidmətinə ünvanlanan suallara cavab olaraq bildiririk ki, qaydalara əsasən bu mükafat 2012-ci ildə ən çox satılmış disklər, ən yaxşı serial musiqisi, ən yaxşı film musiqisi, ən yaxşı duet, ən çox dinlənilən mahnılar və.c nominasiyalarda verilir.

Brilliant xanım isə ötən il bu ölkədə albom buraxmayıb.

Bir vacib məqamı da unutmaq olmaz ki, Brilliant xanım digər bir musiqi - TMB telekanalının ən reytinqli verilişinin aparıcısıdır. TMB telekanalı türk dilli ölkələrdə yayımlanır və türk dilli xalqların musiqisini, mədəniyyətini təbliğ edir. Brilliant xanım bu telekanalda hər cərşənbə axşamı “Brilliantla Pırlantalı gecələr” verilişinə aparıçılıq edir. Onun qısa müddətdə populyarlıq qazanan verilişində Türkiyənin ən öndə gedən sənətçiləri qonaq qismində iştirak edirlər. TMB faktiki olaraq Kral TV-nin rəqibidir. Açığı rəqib telekanalın TMB telekanalının aparıcısını musiqi mükafatı ilə təltif edəcəyini gözləmirik.

Onu da qeyd edim ki, bu ildən "Kral Müzik Ödülleri" "Türkiye Müzik Ödülleri" adı altında paylansa da, mükafatın verilməsini təşkil edən təşkilat dəyişməyib. Yəni mükafatları yenə də Doğuş Yayın Grupunun nəzdində fəaliyyət göstərən Kral televiziyası verir.