Rövnəq Abdullayev İspaniya-İtaliya oyununu canlı izlədi

rovneq-abdullayev-ispaniya-italiya-oyununu-canli-izledi
Oxunma sayı: 745

“Qafqazinfo”nun SalamNews-a istinadən məlumatına görə, AÇ-2012-nin İspaniya və İtaliya milliləri arasında final matçını canlı izləyənlər arasında AFFA rəhbərliyi də olub.

Qurumun prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədov Kiyevdəki “Olimpiyski” stadionundan qarşılaşmanı canlı izləyiblər. Onlar digər milli assosiasiyalardan olan həmkarları ilə birgə tribunadan çempionun müəyyənləşməsinə şahid olublar.