“Rusiya da həmsədrlikdən getməlidir” -Etiraz

rusiya-da-hemsedrlikden-getmelidir-etiraz
Oxunma sayı: 649

Bu sözləri “Qafqazinfo”ya Hollandiyadan “Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, politoloq Vüqar Abbasov son günlər Fransanın ATƏT-in həmsədrliyindən getməsi ilə bağlı səslənən fikirləri şərh edərkən bildirib.

“Bu gün Fransanın Türkiyə və Azərbaycana olan münasibəti bəllidir. Fransa Senatı bu qərarı qəbul etməklə, bir daha mövqeyini ortaya qoydu. Belə olan halda Fransanın burda qalması mümkün deyil.
Əslində, problemin uzanmasında həmsədr dövlətlərin böyük rolu var. Hesab edirəm ki, Rusiya da həmsədrlikdən getməlidir. Çünki problemi yaradan və ermənilərə kömək edənlərdən ən başlıcası Rusiyadır. Xüsusən bir şeyi qeyd etmək istəyirəm ki, biz Qarabağ məsələsinin həllində nə ATƏT-ə, nə də onun Minsk qrupuna inanmamalı və özümüz torpaqlarımızı azad etməliyik. Ötən illərin təcrübəsi də göstərdi ki, həmsədrlərin səfərləri turist səfərlərindən heç bir şeylə fərqlənmir”,-deyə politoloq qeyd edib.


Elnur Eltürk