Rusiya Dövlət Dumasının sədri “erməni soyqırımı” abidəsində baş əydi

rusiya-dovlet-dumasinin-sedri-ermeni-soyqirimi-abidesinde-bas-eydi
Oxunma sayı: 644

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Duma sədri abidə önünə gül dəstəsi qoyub, həmçinin Soyqırım muzey-institutunda olub. Sergey Narışkin başsağlığı kitabına da ürək sözlərini yazıb: “Soyqırım- sizin ölkənin bəxtinə düşən faciədir.
Əminəm ki, Ermənistan xalqının möhkəmliyi, cəsarət və müdrikliyi həmişə sülh yolu ilə inkişaf və tərəqqiyə oxidmət edəcək”.
Dövlət Dumasının sədrini Ermənistan Milli Məclisin sədrinin müavini Eduard Şarmazanov, Ermənistanın Rusiyadakı səfiri Yyaçeslav Kovalenko və bu ölkənin Rusiyadakı səfiri Oleq Yesayan müşayiət edib.

Qeyd edək ki, səfər çərçivəsində Narışkinin prezident Serj Sarkisyanla, baş nazir Tiqran Sarkisyanla, həmçinin parlamentin spikeri Ovik Abramyanla da görüşü planlaşdırılıb.

Onu da vurğulayaq ki, bu, Sergey Narışkinin Ermənistana Dövlət Dumasının sədri kimi ilk səfəridir.