Şalvarın düşməyi

<b>Şalvarın düşməyi</b>
Oxunma sayı: 146

Əyilmiş sifətindən millilik yağan sərxoş bir azəri oğlu (azəri torpağının hamımız övladıyıq!) hansısa ölmüş qohumunun xatirəsini rəqslə yad etmək istəyirdi ki, qəflətəm belinin bağı açıldı və şalvarı dizlərinə düşdü. Bədbəxtlikdən, kişi bir qadınla üzbəüz oynayırdı...

Bəli şalvarı düşdü, bizim sayğıdəyər həmvətənimizin! Qulp da eləmə tənbəllik, xalqın əvəzsiz sərvətini hərləyib-fırlayıb onun özünə qaytardı. Adama deyərlər bu xalq, bu xalqın öz doğma balası, bu da xalqın telekanalı, bundan sənə nə! Ama gəlin tələsməyək...
“Şalvarı düşdü” dilimizdə idiomatik ifadə olub kiminsə bir iş qarşısında aciz qalması, sınması, xəcil olması anlamına gəlir. Qulp proqramı isə bu simvolu nar kimi paralayıb içindəki həqiqəti dənələməyə başladı. Bacardımı?
Gülməli hadisələr o zaman yumora, komediyaya çevrilir ki, altında məzmun olsun. Bizim şalvarı düşən dostumuzun isə başına gələnlərin içində heç bir məzmun yox idi. Əksinə, ciddi axtarsan burda faciə tapa bilərdin: qəflətən kəmər qırılır və ya açılır, kimsə camaat arasında heç nədən biabır olur. Açığını deyək; biz belə məzmunsuz hadisələrə, kiminsə alçalmasına, biabır olmasına ürəkdən şənlənən, ona şaqqanaq çəkib gülən insanlarıq.
“Qulp” verilişinin restoran toylarında düşük müğənnilərə, avara meyxanaçılara pul xərcləyən şalvarından xəbərsiz sərxoş kişilərə dəhşətli nifrətini gördüm və bir az qorxdum da!
“Qulp”un bu dəhşətli nifrəti o sərxoşun başına gələn qəziyyədən daha qorxulu olmazmıola, deyirsiz?!

Maraq üçün başqa bir şalvar düşmə həkətini xatırlayaq. Mərcimək boyda ən ucqar, ən soyuq adalarında belə “Qulp” kimi veriliş olmayan bəxtəvər kanadalıların bütün dünya efirində hər kəsin ürək dostu kimi dolaşan və baxılma rekorlarını qıran “Gülmək naminə” proqramını xatırlayın. Polis işçisi (təbii ki, aktyor) hansısa maşını saxladır, sürücünün sənədlərini alıb yaxınlıqdakı postda doğru addımlayarkən şalvarı əynindən düşür və enli qırmızı xətləri olan alt paltarı görünür. Həmin an kamera polisi arxadan seyr edən sürücünün sifət cizgilərini çəkir. İnsanın ruhuna sakitlik gətirən xoş zarafatdan sonra hər ikisi kameraya əl eləyib gülümsəyirlər. Sürücülərdən biri isə (dikbaş bir zənci) “polis”in aktyor olduğunu anlayır və maşından düşüb öz toqqasını açaraq polisin arxasınca gedir. Belə deyək, kamera şakası yapanları əməlli-başlı dolayır və bu dolağın da mahiyyətindəki sevgi insanı valeh edir.
Biz niyə belə qəzəbliyik, xudaya?!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi