“Səddam Hüseyn kimi ölməyə hazırsınız?”

seddam-huseyn-kimi-olmeye-hazirsiniz
Oxunma sayı: 647

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Vladimir Polyakov adlı tələbənin “Səddam Hüseyn kimi ölməyə hazırmısınız?” sualını cavablandıran Medvedev “Həyatının ən cəsur sualını verdin” cümləsi ilə başlayıb. Tələbə ölkədə inqilabi əhval-ruhiyyə olduğunu və Medvedevdən bunun məsuliyyətini daşıyıb-daşımayacağını soruşub: “Sonda Xalq Məclisində ittiham olunub ölümlə belə cəzalandırıla biləcəyinizin fərqindəsiniz? Səddam kimi cəsur olub sinənizi qabağa verəcəksiniz yoxsa dost ölkə olan Şimali Koreyaya sığınacaqsınız?”.

Medvedev idealları uğrunda ölməyə hazır olduğunu və heç bir şeydən qorxmadığını da əlavə edib. Dövlət başçısı həmçinin siyasətdən ayrılmaq niyyətində olmadığını da qeyd edib.

Səidə