“Səni və nəslini Qəbələdən köçürtdürərəm”- QAİ Rəisi

seni-ve-neslini-qebeleden-kocurtdurerem-qai-reisi-
Oxunma sayı: 1160






Redaksiaymıza Qəbələ rayonundan olan Anar Musayev adlı bir sakninin yol polisinin hərəkətləri haqqında şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova ünvanlanan məktubun sürəti “Qafqazinfo”ya da təqdim edilib. Həmin məktubu olduğu kimi sizə təqdim edirk:

“Yazıb bildirirəm ki, 30.07.2011-ci il tarixdə Əzimov Pərviz Eyvaz oğluna məxsus VAZ-21214 markalı 90-XO-098 dövlət qeydiyyat nişanlı NİVA avtomobilində evə anamın təyziq xəstəliyi ilə əlaqədar gedərkən Qəbələ şəhəri 1 nömrəli orta məktəbin yanında Qəbələ RPŞ-nin Yol Polisi bölməsinin rəisi məni saxladıb sənədlərimi istədi. Mən sürücülük vəsiqəmi ona təqdim etdim. O mənə bildirdi ki, maşının sahibi Əzimov Pərviz Eyvaz oğlu sənə etibarnamə veribsə onu təqdim et. Mən bildirdim ki, Əzimov Pərviz mənə etibarnamə verməyib. Mənim həmin avtomobilə sürmə etibarnaməm olmadığım üçün Yol Polisinin əməkdaşı Babayev Vüqar avtomobilə əyləşib avtomobili Polis şöbəsinə apardı. Məni isə Yol Polisinin rəisi Fariz müəllim polis avtomobili ilə polis şöbəsinə apardı və polis idarəsində AKT-a qol şəkmək üçün məni çagırdı. Mən ona dedim ki, avtomobilin sahibi Əzimov Pərviz gəlsin sonra imza atım.O isə mənə hədə qorxu gələrək, “səni bu saat 6 ay həbs verəcəm” sözlərilə qorxutdu və akta imza atmagımı tələb etdi. Mən də həbs olunacağımdan qorxub, məcburiyyət qarşısında və köməksiz vəziyyətdə qaldığımdan həmin aktı imzaladım. Mən vəziyyətin bu yerdə olduğu barədə Əzimov Pərviz Eyvaz oğluna telefon vasitəsi ilə məlumat verdim.Əzimov Pərviz Eyvaz oğlu bu işlə əlaqədar Qəbələ RPŞ-nə gəldi və Yol Polsinin rəisi Fariz müəllimlə görüşdü. Fariz müəllim Pərvizi təhqir edərək otaqdan nalayiq söyüşlərlə qışqıraraq qovdu.
31.07.2011-ci il tarixdə səhər saat 10.00 radələrində mən və Əzimov Pərviz Fariz müəllimin yanına gedərək cəriməni ödəməklə avtomobili çıxartmaq istədik. Fariz müəllim bizdən 300 (üç yüz) manat pul istədi. Pərviz bildirdi ki, Fariz müəllim, mənim 300 (üç yüz) manat sizə verməyə imkanım yoxdu. Fariz müəllim cərimə ödəməklə avtomobilin çıxarılmasına etiraz etdi və yenə o bizim avtomobili buraxmadı.
01.08.2011-ci il tarixdə 10.30 radələrində yenə də mən və Pərviz cəriməni ödəməklə avtomobili çıxarmaq məqsədi ilə Fariz müəllimin yanına getdik. O bizdən yenə avtomobilin buraxılması üçün 300 (üç yüz) manat pul istədi.Biz buna etirazımızı bildirdik. 02.08.2011-ci il tarixdə təxminən saat 10.00-da mən və Pərviz bank ilə cəriməni ödəyib Fariz müəllimin yanına gedərək ondan avtomobilin buraxılmasını xahış etdik. Fariz müəllim Pərvizin ödədiyi bank qəbzlərinə baxdıqdan sonra Pərvizin üstünə qışqıraraq “kim sizə deyib ki, cəriməni bank ilə keçirmisiniz”-dedi. Pərviz ona qanuni hərəkət etdiyini və heç bir qanunsuz iş görmədiyini dedi. Bu sözlərdən daha da hirslənərək Fariz müəllim Pərvizi ən nalayiq söyüşlərlə söyüb, səni və nəslini Qəbələdən köçürtdürərəm deyərək indi səni 6 (altı) ay həbsə saldırıram orada aglın başına gələr. Pərvizi oz iş otaqında zor tətbiq edərək mobil telefonunu mənim səsimi yazırsan deyərək əlindən aldı. Elə həmin gün saat 10.40-da Polis şöbəsinə həbs olunursan adi ilə saldırdı.

02.08.2011-ci il tarixdə saat 13.45-də Fariz müəllim mənə protokol tərtib etdi. Həmin tarixdə böhtan kimi nişanlama xəttini pozmuş, sayrışın işıqdan istifadə etmiş, pravasız idarəetmə yazılmasını qışqıraraq tələb etdi. Mən o protokolu imzalamağa etirazımı bildirdim və imza atmıram dedim. Çünki 02.08.2011-ci il saat 13.45-də tarixdə tərtib olunan protokolda tarix 30.07.2011-ci il tarixi kimi göstərilmişdir. Fariz müəllim məni bu saat 6 (altı) ay Pərviz kimi həbsə göndərəcəm söyləyərək ustumə qışqırdı və əks təqdirdə protokolda sürücülük vəsiqəsi evdə qalıb yazmırsansa, imzalamırsansa sən cinayət edirsən deyərək səni həbsə göndərirəm dedi. Mən Fariz müəllimin bu hərəkətlərindən qorxub və Pərvizi həbsə göndərdiyini görüb həmin protokola 02.08.2011-ci il tarixdə saat 13.45-də, 30.07.2011-ci il tarixdə tərtib olunan protokol kimi imza atdırdı. Həmin an Mehdiyev Rəşadət Batil oğluda yanımda idi. Bu hadisə onun gözləri qarşısında olub. Hətta Mehdiyev Rəşadət Fariz müəllimə belə hərəkətlər etdiyinə görə və etiraz bildirdiyinə görə Qəbələ RPŞ-nin Yol Polisi Bölməsinin rəisi Fariz müəllim onu da bu saat həbsə göndərəcəyini ona qışqıraraq dedi. Həmin protokolda şahid qismində göstərilmiş Qasımov İlqar Mürvət oğlu guya ki, imzası ilə təsdiq edirki, mənə protokol 02..08.2011-ci il tarixdə yox, 30.07.2011-ci il tarixdə tərtib edilmişdir. Mən 03.08.2011-ci il tarixdə saat 15.31 radələrində Qasımov İlqar Mürvət oğluna məxsus 050-390-84-85 mobil telefonuna zəng edərək mənə 02.08.2011-ci il tarixdə saat 13.45-də tərtib edilmiş protokola hal şahidi qismində imza atıb atmadığını soruşdum. İlqar mənə bildirdi ki, mən nə 02.08.2011-ci il tarixdə sənə tərtib edilmiş protokola imza atmamisham.

02.08.2011-ci il tarixdə saat 10.00 radələrində cərimə banka ödənildikdən sonra Qəbələ RPŞ-nin Yol Polis bölməsinin rəisi Fariz müəllimə 300 (üç yüz) manat pul rüşvət verə bilmədiyim ə görə mənim haqqımda 02.08.2011-ci il tarixdə saat 13.45-də özünü sığortalamaq məqsədi ilə tərtib etmiş və həmin protokolda ( protokol DYP № 043527 ) göstərilən tarix Fariz müəllim tərəfindən saxtalaşdırılaraq 30.07.2011-ci il kimi göstərilmişdir.

Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb Qəbələ RPŞ-nin Yol Polis bölməsinin rəisi Fariz müəllimin qanunsuz hərəkətləri, məndən rüşvət istəməsi və rüşvət vermədiyimə görə məni incitməsi, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin rüşvət və korrupsiyaya qarşı mübarizəsinə qarşı çıxdığına görə, öz vəzifə səlahiyətindən sui-istifadə etməsinə, vəzifə səlahiyyətlərini aşdığına, polis adına ləkə gətirən ləyaqətsiz hərəkətlər etdiyinə görə onun haqqında cinayət işi başlamsına göstəriş verəsiniz.
Qeyd: Ərizəm əsasında dindirilərkən izahatımda faktlar barədə geniş məlumat yazılacaq”.

Qəbələ şəhəri, Bakıxanov küçəsi ev.5 ünvanında yaşayan Musayev Anar Çingiz oğlu tərəfindən