Səviyyədə yaxşılaşma yoxdur

seviyyede-yaxsilasma-yoxdur
Oxunma sayı: 699

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, abituriyentlərin böyük əksəriyyəti 0-100 bal arasında nəticə göstəriblər. O, bu il imtahan verib attestat alan abituriyentlərin bu cür nəticə göstərməsini anlaşılmaz hesab edib: “Mütləq gələcəkdə attestat qiyməti nəzərə alınmalıdır. Amma gərək buna ictimaiyyətin və bizim etibarımız olsun”. Abbaszadə əvvəlki illərin məzunlarına da oxumaq imkanı verilsin deyə III ixtisas qrupu üzrə minimum keçid balının aşağı salındığını söyləyib: “Məzunların yarıdan çoxu 154 bal toplayıb. Biz 1000 boş yer qalacağını bilirdik. Ona görə istədik ki, hərbi xidmətə gedib gəlmiş və ya ailə həyatı quran, lakin oxumaq istəyən insanlara da şans verək. Ona görə də onlara öz hesablarına oxumaq imkanı yaratdıq”.

O, dövlət sifarişli yerlərin üçün elə həmin tələblərin qaldığını və minimum keçid balının 350 bal olduğunu söyləyib: ”Əslində 250 balın özü o qədər də az deyil. Əvvəlki illərin məzunun bu qədər bal toplaması da yüksək nəticədir”.

Nərgiz Ehlamqızı