Sonsuz qadınlara şad xəbər

sonsuz-qadinlara-sad-xeber
Oxunma sayı: 647

Milli.Az "Reuters"ə istinadən bildirir ki, Fransadakı Milli Tədqiqat İnstitutunun professoru Penelopa Trudun başçılıq etdiyi araşdırma qrupunun tədqiqatının nəticələri belədir.

Trudun sözlərinə görə, hətta ekstrakorporal mayalanma (EKM) kursu uğursuz başa çatandan sonra da, qadının hamilə qaldığı hallar olub.

"Üstəlik, qadının qəflətən, gözlənilməz şəkildə hamilə qaldığı hallar da olub və bu zaman ərlə arvad müalicədən imtina ediblər. Belə halları spontan hamiləlik adlandırırıq", - Trud deyib.
Fransız alimlər 2000-ci illərin əvvəllərində sonsuzluqdan müalicə kursu almış ər-arvadların durumlarını müşahidə ediblər. Məlum olub ki, 2100 cütlükdən 1300-ü EKM kursundan sonra valideyn olub.

Həmin valideynlərdən 17 faizi bildirib ki, EKM kursundan sonra daha bir övladları dünyaya gəlib.
EKM kursunun kömək etmədiyi qadınların 24 faizi isə sonradan spontan hamiləliklə qarşılaşıb.