Soyuqlar başlayır – Proqnoz

soyuqlar-baslayir-proqnoz
Oxunma sayı: 719



Noyabr ayında aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ölkə ərazisində ay ərzində yağıntılar qeyri-bərabər paylanacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 10-13 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr müsbət 4-9 dərəcə, gündüzlər 12-17 dərəcə olacaq, ayrı-ayrı günlərdə müsbət 20 dərəcəyədək yüksələcək. Ayın sonunda 7-12 dərəcəyədək enəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 28-38 millimetr), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun müsbət 6-9 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu müsbət 2-7 dərəcə, ayrı-ayrı günlərdə 0-5 dərəcə şaxta, gündüzlər müsbət 10-15, ayrı-ayrı günlərdə 17-19 dərəcəyədək yüksələcək, ayın sonunda müsbət 6-9 dərəcəyədək enəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr), bəzi yerlərdə normadan bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun müsbət 4-7 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 1 dərəcə şaxtadan müsbət 4 dərəcəyədək, ayrı-ayrı günlərdə mənfi 3-8 dərəcəyədək enəcək. Gündüzlər müsbət 5-10 dərəcə, ayrı-ayrı günlərdə müsbət 12-14 dərəcə, ayın sonunda 1 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək olacaqdır. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın (norma 27-34 millimetr), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun müsbət 7-9 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın gecələr müsbət 5-10 dərəcə, ayrı-ayrı günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər müsbət 10-15 dərəcə, ayrı-ayrı günlərdə müsbət 17-19 dərəcəyədək yüksələcək, ayın sonunda müsbət 4-9 dərəcəyədək enəcək. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 15-24 millimetr) olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun müsbət 5-9 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr müsbət 1-5 dərəcə, ayrı-ayrı günlərdə mənfi 5-8 dərəcəyədək enəcəyi gözlənilir. Gündüzlər müsbət 7-12 dərəcə, ayrı-ayrı günlərdə 14-16 dərəcə, ayın sonunda müsbət 3-7 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 29-73 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun müsbət 9-12 dərəcə olacağı gözlənilir, bu da iqlim normasına yaxındır. Gecələr havanın müsbət 5-10 dərəcə, ayrı-ayrı günlərdə müsbət 0-3 dərəcə olacağı gözlənilir. Gündüzlər müsbət 12-17 dərəcə, ayrı-ayrı günlərdə 20 dərəcəyədək yüksələcək, ayın sonunda müsbət 9-12 dərəcə təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 25-45 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 7-12 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın gecələr müsbət 7-12 dərəcə, ayrı-ayrı günlərdə dağlarda 0-5 dərəcə şaxta, gündüzlər müsbət 12-17 dərəcə, ayrı-ayrı günlərdə 20 dərəcəyədək , ayın sonunda müsbət 7-11 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 77-170 millimetr) bəzi yerlərdə bir qədər çox olacağı ehtimal vardır.