Su çərşənbəniz mübarək!

su-cersenbeniz-mubarek
Oxunma sayı: 849

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Məsələn, inanclarda deyilir: Süfrəyə su dağılması aydınlıqdır; Su içən adamı qəfil vurmazlar; Su içən adamı ilan çalmaz; Lal axan sudan keçməzlər. Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur: Su olan yerdə dirilik olar; Su ehsandır; Su murdarlıq götürməz; Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Qeyd edək ki, ilaxır çərşənbə martın 13-nə düşür.

Nigar Məmmədli