TBMM-də Xocalı soyqırımı əlaqədar rəsm sərgisi açıldı-Fotolar

tbmm-de-xocali-soyqirimi-elaqedar-resm-sergisi-acildi-fotolar-
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, açılış mərasimində TBMM-nin sədri Cəmil Çiçək, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyənin millət vəkilləri, Azərbaycanın millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva iştirak etmiş və Xocalı faciəsini əks etdirən rəsm əsərlərinə baxıblar.

Sərginin açılış mərasimində çıxış edən TBMM-nin sədri Cəmil Çiçək bildirib ki, parlamentin bu gün keçirilmiş iclasında millət vəkilləri Xocalı qətliamını bütün dünyaya çatdırmaq üçün müzakirələr aparıblar. Bu qətliam hər birimizin acısıdır. Türkiyə və Azərbaycanda yaşayan insanlar eyni kökdən gələn bir millətin fərdləridir. Bu səbəbdən, bizim sevincimiz də, acımız da birdir.

C. Çiçək vurğulayıb ki, başqalarının acılarına diqqət yetirərək, öz dərdlərini unudanlar millət olmaq xüsusiyyətini itirməyə məhkumdurlar. Mən bunu özəlliklə vurğulayır və hər zaman üzərində durulması məsələ hesab edirəm. Əlbəttə, bütün bəşəriyyətin acısı bizim acımızdır. Lakin, öz dərdlərimizi gözardı etdiyimiz təqdirdə gələcəkdən də çox şey gözləmək imkanımız yoxdur. Bunun səbəbi kin və intiqam üçün deyildir. Birlik və bərabərliyimizi gücləndirmək, gələcəyə olan ümidlərimizi təzələmək üçündür. Çünki, keçmişdən dərs almasaq, gələcəyi sağlam qurmaq imkanımız yoxdur.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva sərgi çərçivəsində TBMM-nin sədri Cəmil Çiçək, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb və Xocalı Soyqırımı ilə bağlı fikir mübadiləsi aparılıb.