Tofiq Bəhramov stadionunda Güneyə dəstək aksiyası olub

tofiq-behramov-stadionunda-guneye-destek-aksiyasi-olub
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, matç başlayanda onlar “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” şüarını səsləndirməyə başlayıblar. Lakin polis onların bu aksiyasının qarşısını alıb. Polislər 15-ə yaxın gənci saxlayıb. Onalrın 17-ci pols bölməsinə aparıldığı bildirilir.

Xatırladaq ki, aksiya iştirakçıları facebook-da bu aksiyaya çağırış etmişdilər. Gənclər “Azərbaycan- Qazaxıstan oynunda Güneyimizə dəstək olmaq üçün stadiona gedək” səhifəsi yaradaraq insanları aksiyaya çağırmışdılar. Təşkilatçılar onu da bildirmişdilər ki, futbol yarışmasında Güneyə dəstək üçün sektorlarda iştirakçılar şüarlar səsləndirəcək, plakatlar qaldıracaq, Azərbaycan bayrağını dalğalandıracaqlar.