Türkiyədə daha bir general həbs edildi

turkiyede-daha-bir-general-hebs-edildi
Oxunma sayı: 678

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbər verir ki, general bu gün tutulub. Türkiyənin iqtidaryönlü “Taraf” qəzeti iddia edib ki, 2010-cu ildə Türkiyə Silahlı Qüvvələri hökumətin devrilməsi məqsədi ilə “Balyoz” (“Gürz”) planı hazırlayıb.

Həmin plana görə, ordu hökuməti İstanbulun Fatih Camisi və Bəyazid məscidlərində elə hərbçilərin özləri tərəfindən törədiləcək partlayışlardan, Hərbi Muzeyə hücumdan və Türkiyənin bir neçə qırıcı təyyarəsinin məhv edilməsi nəticəsində ölkədə yaranacaq qarışıqlıqdan sonra devirmək fikrində olub. Çevrilişdən sonra kütləvi həbslər başlamalı idi.

Qəzetin yazdığına görə, hələ 2002-2003-cü illərdə tərtib olunmuş plana sabiq general Çetin Doğan imza atıb.

Qəzet yazır ki, sənədin müəllifləri “Ergenekon” planında iştirakda da şübhəli bilinən yüksək çinli hərbçilər olublar. Bu plan da hökuməti devirmək məqsədi daşıyıb. Həmin plana 200-ə yaxın siyasətçi, jurnalist, hüquqşünas, yüksək çinli hərbçi və polis cəlb olunub.

Sədan