Türkiyədən Azərbaycana xəbərdarlıq

turkiyeden-azerbaycana-xeberdarliq
Oxunma sayı: 661

“Qafqazinfo”nun “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, “Yediot Ahronot” iddia edir ki, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç İsraillə çox yaxın iqtisadi və hərbi münasibətləri olan Azərbaycana İsraillə mücadilədə Ankaranın yanında yer alaraq, bu ölkəylə münasibətlərini gözdən keçirməyi tələb edib.
Xəbərə görə, Hulusi Kılıç xüsusilə İsrailin Bakı-Tiflis-Ceyhan neft kəmərində meydana gələ biləcək “problemləri” diqqət mərkəzində saxlanılmasını tələb edərək dolayı şəkildə Təl-Əvivi təhdid edib.
Qəzet yazır ki, İsrail neft ehtiyacının yarısını yaxın hissəsini Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə daşınan Azərbaycan və Qazaxıstan neftinin hesabına ödəyir.
“Yediot Ahronut”a görə, Türkiyənin cəhdlərini şərh edən İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem də üçüncü ölkə mənfəətlərinin Təl-Əviv-Bakü əlaqələrinə təsir etməməsinin vacibliyini söyləyib.
Məqalədə qeyd olunur ki, Azərbaycanla İsrail arasındakı xarici ticarət dövriyyəsinin həcmi 2 milyard dollardır. Bu rəqəm Türkiyə-Azərbaycan arasındakı xarici ticarət dövriyyəsindən iki dəfə çoxdur.
“Bakı ilə Təl-Əviv arasında genişmiqyaslı hərbi əməkdaşlıq mövcuddur. İsrail Azərbaycana müasir texnologiyalı silah satışını həyata keçirir və Azərbaycan ordusunu təlimlərdə öyrədir”, -deyə məqalədə bildirlir.