“Bu çox gözəl duyğudur” - Fotolar

bu-cox-gozel-duygudur-fotolar
Oxunma sayı: 1416

Konsert zamanı ilk olaraq Səbinə Babayeva pərəstişkarlarının qarşısına “Sari Gəlin”, “İ feel good” mahnısı ilə çıxıb. Müğənni ənənəsinə sadiq qalaraq ayrı-ayrı bəstəkarların mahnıları ilə yanaşı, “When the music dies” mahnısını tamaşaçılar üçün bir daha ifa edib. Maraqlı keçən konsertən sonra “Qafqazinfo”açıqlama verən Səbinə bildirib ki, ona bir çox insanlar üzərində çalışmadığının deyir və o, bu sözlə razı deyil: “Əksinə, mən üzərimdə çox çalışıram, hər zaman da sənətlə məşğulam. Ailə həyatı qurmağım sənətimə maneçilik törətməyib. Allah hər kəsə ailə qurmağı nəsib etsin. Çox gözəl duyğudur”.

Səbinə Babayeva “Eurovision” təmsilçilərindən ən çox Eldar Qasımovun fəaliyyətinin çox bəyəndiyini də dilə gətirib: “Yarışmadan sonra Eldar öz üzərində çox çalışır. Eldarın gördüyü işləri çox bəyənirəm”. Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən müğənni Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Onu da deyək ki, gecədə ən maraqlı məqamı isə Səbinənin həyat yoldaşı Cavidan Şərifovun konsertdə iştirak etməsi və müğənninin hər ifasını böyük həyacanla izləməsi olub.
Aynur Babayeva