Bu da Kəmaləddin Heydərovun bəstələdiyi mahnı – - Video

bu-da-kemaleddin-heyderovun-bestelediyi-mahni-
Oxunma sayı: 10347


“Qafqazinfo”nun məlumatına görə, musiqisi fövqəladə Hallar naziri, bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərova (Kamal), sözləri nəğməkar şair Baba Vəziroğluna məxsus olan mahnıya 106.3 FM-də təqdimat mərasimi keçirilib. 

Yaşar Cəlilov bildirib ki, mahnı artıq radio dalğalarında və televiziya efirlərində eşidiləcək: 

“Özümü şanslı müğənni hesab edirəm. Hər bir müğənninin arzusudur ki, o insanlarla işbirliyi qursun. Müğənnilərin arzuları çox olur: biri fəxri ad almaq, digəri çox toya dəvət almaq, o biri sponsor tapmaq. Mənimsə bir arzum var: sevilən mahnılar ifa etmək. Elə bu arzumda da bütün arzular birləşir”. 

Mahnının aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Kompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y. Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayiət edib. 

"Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.