“Bu dəfə komediya olmayacaq”. - Fatma Mahmudova

bu-defe-komediya-olmayacaq
Oxunma sayı: 2949

Xalq artisti Fatma Mahmudova bu dəfə səhnəyə tamaşaçıların adət etmədiyi tərzdə, daha ciddi və dramatik bir obrazda çıxacaq. 

Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aktrisa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” əsəri əsasında hazırlanan tamaşada səhnəyə çıxacağını deyib.

O, “Bu dəfə komediya olmayacaq” -deyə bildirib. 

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissorluğu ilə ərsəyə gələn bu ikihissəli pyesdə Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edilir, Fatma xanım  isə burada nənə (ana) rolunu canlandırır.

Tamaşada rolları əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövü Hüseynov, Anton Ferştandt, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva və başqaları rol alıb.