Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq

bu-gun-uc-qesebeye-elektrik-verilisinde-fasileler-olacaq
Oxunma sayı: 1400

“Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq”.

Bu barədə “Qafqazinfo”ya “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O qeyd edib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə “Azərişıq” abunəçilərdən üzr istəyib.