Bu gün Ukraynada “sükut günü”dür

bu-gun-ukraynada-sukut-gunudur
Oxunma sayı: 1024

Ukraynada prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə əlaqədar ölkədə sükut günü başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna seçki qanunvericiliyinə əsasən, səsvermə gününün sonuncu günü prezidentliyə namizədlərin təbliğat və təşviqat aparması, KİV-lərdə namizədlər haqqında hər hansı materialın dərc edilməsi qadağandır.

Xatırladaq ki, Ukraynada 39 namizədin qatıldığı prezident seçkilərinin birinci turu  martın 31-də baş tutub. Səsvermələrin yekun nəticələrinə görə ikinci tura aktyor, şoumen Vladimir Zelenski və ölkənin hazırkı prezidenti Petro Poroşenko keçib. 

Aysel Kərimova