Bu gündən 85 nömrəli marşrutda pulsuz “Wi-Fi” var

bu-gunden-85-nomreli-marsrutda-pulsuz-wi-fi-var
Oxunma sayı: 2214

“Xaliq Faiqoğlu” MMC istismarında olan daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirilib.  "Qafqazinfo"ya daxil olan məlumata görə, bu gündən etibarən 85 saylı marşrut xətti üzrə avtobuslarda da sərnişinlər şirkətin təqdim etdiyi yeni xidmətdən faydalana bilərlər. 

Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. 

Bir neçə gün əvvəl şirkətin istismarında olan 18 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Beləliklə pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb. Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də tezliklə Wi-Fi cihazları quraşdırılacaq.

Şirkətə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər istismarımızda olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.