Bu günə 3 oyun var

bu-gune-3-oyun-var
Oxunma sayı: 648

Turun açılış matçında ikinci altılığın təmsilçiləri meydana çıxacaqlar. “Turan” Bakıda AZAL-ı “qəbul edəcək”. İkinci altılıq çərçivəsindəki digər görüşdə “Xəzər Lənkəran” doğma meydanında “Kəpəz”lə qarşılaşacaq. İlk günün ən prinsipial görüşü “Simurq”la “Qəbələ” arasında baş tutacaq.

Topaz Premyer Liqası
29-cu tur
3 may (cümə)

17:00. TURAN – AZAL
Bakı. “Dalğa Arena”.

18:00. SİMURQ – QƏBƏLƏ
Zaqatala. Şəhər stadionu.

19:00. XƏZƏR LƏNKƏRAN – KƏPƏZ
Lənkəran şəhər mərkəzi stadionu.

Turun qalan görüşləri sabah keçiriləcək: 17:00. Sumqayıt – Rəvan, 19:00. Qarabağ – Neftçi, 21:00. İnter – Bakı.