“Bu komanda dağılmamalıdır” - Skarlatake

bu-komanda-dagilmamalidir
Oxunma sayı: 636

Topaz Premyer Liqasının 27-ci turunda səfərdə “Qəbələ” 3:4 hesabı ilə uduzan “İnter”in müdafiəçisi Adrian Skarlatake açıqlama verib.

“Qafqazinfo”ya danışan futbolçu əvvəlcə matç haqqında fikirlərini bildirib:

“Azarkeşlər üçün maraqlı oyun oldu. Biz meydana tam uyğunlaşa bilmirdik. Yağış imkan vermirdi. Çünki ot örtüyü sürüşkən olmuşdu. Ən çox oyunu televizordan izləyənlər həzz aldı. Bürünc medalları qazandığımıza görə sevinirəm. Hər bir medalın karyeramda öz yeri var. Ümid edirəm ki, komandadakı problemlər tezliklə həll edilər. Bakıda belə bazası, stadionu olan komanda dağılmamalıdır”.

Rumıniyalı oyunçu “İnter”dəki karyerasından da danışıb: “Komandada vəziyyət dəyişməyib.Problemlər mövcuddur. Komandanın Avropa Liqasına vəsiqə qazanması uğurdur. Orada oynamaq üçün isə maddi durumlar düzəldilməlidir”.