“Bu məsələyə ciddi münasibət göstərilməlidir”

bu-meseleye-ciddi-munasibet-gosterilmelidir
Oxunma sayı: 1009

Deputat  Fazil Mustafa son zamanlar yeni təyin olunan məmurların həmin qurumlardakı köhnə  məmurları işdən çıxarması məsələsinə  sərt reaksiya verib. 

“Qafqazinfo” xəbər verir ki, o, çıxışında  qeyd edib ki, son günlərdə yeni təyin olunan nazirlər  sələflərinin kadrlarını kütləvi şəkildə işdən çıxarmağa başlayıblar: “Bu, çox pis haldır. Elə bil ki,  məmurların soyqırımı gedir. Yeni rəhbər təyin olunan kimi 20 ildən artıq işləyən kadrların hamısını işdən çıxararaq öz komandasını gətirir. Etiraz edəndə də deyir ki, istəyirsən get məhəkəməyə ver. Azərbaycan məhkəmələrində ədalətli qərar əldə olunmayacağını da bilirik. Çünki məhkəmələr dövlət qurumlarını qarşı qərar çıxarmaqda maraqlı deyillər. İşdən çıxarılan kadrların içərisində elələri var ki, öz fəaliyyəti ilə bəlkə də bizdən daha çox fayda verə bilərlər. Kadr təyin olunanda birinci ona tapşırılmalıdır ki, o kadr soyqırımı ilə məşğul olmasın. Məmur yetişdirmək çox ciddi məsələdir. Bu məsələyə ciddi münasibət göstərilməlidir”.

Günel Türksoy