Bu ölkə də “Eurovision”da iştirak edəcək

bu-olke-de-eurovisionda-istirak-edecek
Oxunma sayı: 1261

Avropa Yayım Birliyi (EBU)  Makedoniyanın “Eurovision- 2018” mahnı müsabiqəsində iştirak etməsinə icazə verib. “Qafqazinfo” xəbər verir ki, EBU ölkənin ictimai televiziyasının borclarının olmasına baxmayaraq onlara bir jest etmək qərarına gəlib.

Bu barədə EBU-nun rəsmi saytının yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Makedoniya daxil olmaqla müsabiqədə 43 ölkə yarışacaq. 

Bundan əlavə, Lissabondakı “MEO Arena”da keçiriləcək yarışmaya giriş üçün biletlər 30 noyabrdan etibarən satışa çıxarılacaq.