“Bu qədər tərbiyəssizlik olar?”

bu-qeder-terbiyessizlik-olar
Oxunma sayı: 3410

Türkiyənin iki məşhur müğənnisi- Seda Sayan və Yusuf Güney arasında qalmaqal yaşanıb.  “Qafqazinfo” xəbər verir ki, ötən gün proqrama qatılan Yusuf instaqramda “Seda Sayanla” proqramının aparıcısı Sedanı və komanda heyətini sərt bir şəkildə tənqid edib. 

O, efirdə adının “Yağız” olaraq təqdim edilməsinə etirazını bildirib:“Televiziyadan başı çıxmayan ağılsız komanda…Mən dünyanın ən səmimi duyğuları ilə əsgər qardaşlarıma 8 gündə 16 konsert vermişəm. Amma siz “hansı məşhur harada, kiminlə görüntüləndi” kimi xəbərlər göstərirsiz. Hamının öz şəxsi həyatı var, buna sözüm yoxdur. Mənim başımın ətini yediz, 3 həftə dil tökdünüz ki, proqramınıza gəlim. Demişdiz ki, tək qonaq mən olamacam. Amma başqasını da çağırdız. Buna da sözüm yoxdur.

Birinci eyibiniz o oldu ki, 1 saat kulisdə sizing gic danışıqlarınızın bitməyini gözlədim.  İkinci eyibiniz mənə yalan danışmağınız oldu, özəl qonaq kimi çağıracaqdız, studiyada başqası da var idi. Üçüncü eyibiniz isə 1 saat olduğum proqramçın 45 dəqiqəsini digər qonağı danışdırdız. Mən amma əsgərlərə verdiyim konsert barədə bir cümlə belə işlətməyə icazə vermədiz. Susdum, amma reklam arasında mənə və pərəstişkarlarıma ən böyük söyüşü etdiz. Artıq bəsdir, bu qədər tərbiyəssizlik olar? Təəssüf edirəm”.