Üç partiya antiislamçılara qarşı

uc-partiya-antiislamcilara-qarsi
Oxunma sayı: 670

VİP-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiya sədrlərinin görüşündə ölkədəki ümumi vəziyyət, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, bölgədə cərəyan edən proseslər və cari məsələlər ətrafında müzakirə aparıblar. VİP, AYP və ALP sədrləri ölkə həyatının bütün sahələrində müsbət dəyişikliklərin yalnız köklü islahatlar sayəsində mümkün olacağını vurğulayaraq, hakimiyyəti bu istiqamətdə təcili hərəkətə keçməyə çağırıblar.

Ə.Əliyev, M.Güləliyev və Ə.Temirxan üç partiya arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini önə çəkərək, 2012-ci ildə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar.

Bölgədə baş verən hadisələrin Azərbaycana mümkün təsirlərini dəyərləndirən partiya sədrləri ölkə hakimiyyətinin bütün hallarda dövlətin maraqlarına uyğun siyasət yürütməsinin zəruriliyini qeyd ediblər.

Partiya sədrləri R.Tağının qətli ilə bağlı istintaqın intensivləşdirilməsi və qatilin ifşa edilməsi zərurətini vurğulamaqla yanaşı, onun öldürülməsini İslam dininə qarşı hücuma keçmək üçün fürsət bilənlərin antiislam bəyanatlarını və yolverilməz ifadələrini pisləyiblər.