“Buna görə xarici dairələrin atəşinə məruz qalırıq” - Prezident+Video

buna-gore-xarici-dairelerin-atesine-meruz-qaliriq
Oxunma sayı: 2494

“Əgər milli dəyərlərimiz hər hansı sarsıntı yaşayarsa, bu cəmiyyətimizin sütunlarını sarsıdar. Milli ruhumuzu saxlamalıyıq, çünki bu bizim gələcəyimiz üçün əsasdır. Biz öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri prezident İlham Əliyev bu gün Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı zamanı deyib:

"Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif qarayaxma, böhtan kampaniyaları aparılır, onların məqsədi aydındır. Azərbaycanı ləkələmək, ölkəmizi öz iradəsinə ram etmək və sonra güclənən Azərbaycanın potensialından öz maraqlı üçün istifadə etmək. Biz isə buna imkan vermirik, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi heç vaxt yolumuzdan döndərə bilməz. Biz haqq yolundayıq. 

Əlbəttə, ölkəmizdə kifayət qədər güclü siyasi iradə var ki, kənardan bizə tuşlanan bütün atəşlərdən xalqımızı qoruyaq”.