Bunların hamısı ağacdan hazırlanıb - Fotolar

bunlarin-hamisi-agacdan-hazirlanib
Oxunma sayı: 1883

Bədii ağacoyma sənəti ilə məşğul olan Nizami Abbasov qurumuş, ömrünü başa vurmuş ağaclara fərqli bir anlam, fərqli bir məna bəxş edir.

“Qafqazinfo” xəbər verir ki, Azərtac-ın əməkdaşı sənətkarın yaradıcılığı və sənət dünyası ilə daha yaxından tanış olmaq üçün onun evinə baş çəkib. N. Abbasov müxtəlif ölçülü ağac kötükləri və budaqlar üzərində bir-birindən gözəl və yaraşıqlı sənət nümunələri yaradan usta bütün əl işlərini həyətindəki çox da böyük olmayan emalatxanasında hazırlayır.

Nizami Abbasov bildirib ki, sənətə ilk dəfə rəssam kimi başlayıb. Lakin, müxtəlif ağac parçaları üzərində gözünə-könlünə xoş gələn hər bir şeyi təsvir etmək bacarığı onun ağacoyma sənətinə marağını daha da artırıb. O, hazırda müxtəlif əsərlərin hazırlanmasında ağacoyma ilə yanaşı bəzən qarışıq texnikanın imkanlarından da istifadə edir.

Sənətkarın yaradıcılığını daha çox Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin portretləri, onların bədii yaradıcılığına həsr olunan kompozisiyalar, eləcə də bir sıra tarixi şəxsiyyətlər, xalq qəhrəmanları və məşhur ictimai-siyasi, dövlət xadimlərinin təsvirləri təşkil edir.