Burcanadzedən Saakaşviliyə ittihamlar

Burcanadzedən Saakaşviliyə ittihamlar
Oxunma sayı: 131

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze deyib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti bu cür informasiyanı saxlamaqla ölkənin müstəqilliyi zərbənin altında qoyub. Burcanadze bildirib ki, bu xalqa qarşı cinayətdir: “Mən tələb edirəm ki, Gürcüstan prokurorluğu dövlət çevrilişi hazırlanacağını dəqiq bilib ki, heç nə etməyən insanlara qarşı iş qaldırsın”.

O həmçinin “Xalq məclisi”nin dövlət quruluşu və ya Gürcüstanın müstəqilliyinə qarşı yönəlmiş hərəkat olmadığını vurğulayıb. Sabiq spiker Gürcüstandakı vəziyyəti neobolşevizm və diktatura kimi xarakterizə edib və beynəlxalq təşkilatların akkreditə olunmuş diplomatik nümayəndəliklərindən adekvat cavab gözlədiyini deyib.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi