Bursada zəncirvari qəza - 6 yaralı

bursada-zencirvari-qeza
Oxunma sayı: 1082

Türkiyənin Bursa şəhərində zəncirvari qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza İzmir-Bursa magistralında qeydə alınıb. Qəza zamanı 3 avtomobil toqquşub. Hadisə nəticəsində 6 nəfər müxtəlif tipli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.