Bütün dünyanın gözlədiyi toydan - Fotolar+ Video

butun-dunyanin-gozlediyi-toydan
Oxunma sayı: 13094

Bu gün bütün dünyanın maraqla gözlədiyi İngiltərə şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın toyudur. Artıq Kraliça Yelizabet nəvəsinin nikahının “St George Şapeli”də keçirəcəyini elan edib. 

“Qafazinfo” xəbər verir ki, taxt siyahısında 6-cı yerdə olan şahzadə ilə 36 yaşlı aktrisanın nikahını David Connor bağlayacaq. 

Dini nikahdan sonra cütlük at arabası ilə Castle Hill, High Street, Sheet Street, Kings Road, Albert Road və Long Walk meydan-küçələrini gəzəcək və saraya geri qayıdacaq. 

Vətəndaşlar möhtəşəm toyu izləmək üçün “Windsor” qalasının ətrafında çadır qurublar və bir neçə saatdır ki, orada qalırlar. 

Toyun təşkilatçısı kraliçadır və ev sahibi kimi bütün detallarla özü məşğul olub.  600 nəfərin iştirak etdiyi məclisdə bəylərin kostyum geyinmələri, qadınların şlyapa taxmaları tələb edilib. 

Uzun illərdir ki, krallıq ailəsində danışmaq qadağan olunsa da, aktrisanın atasına çıxış etmək imkanı yaradılıb və qorunan ənənə pozulub. 

Mərasimi BBC kanalı canlı yayımlayır.

***

Kraliça II Yelizaveta nikahdan öncə nəvəsi Harrini Susseks qraflığının hersoqu təyin edib. Beləliklə, M. Markl toydan sonra Susseks qraflığının hersoginyası olacaq.

***

Şahzadə Harri ilə amerikalı aktrisa evləndi.