“Bütün sahələrdə fəallıq göstərirlər”

butun-sahelerde-fealliq-gosterirler
Oxunma sayı: 634

Bu fikirləri Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov deyib. F. Muradov bildirib ki, ölkəmizdə gənclər cəmiyyətin aparıcı qüvvəsindən biridir. Onun sözlərinə görə, hazırda gənc nəsil müstəqilliyimizin, sabitliyin və inkişafın güclü dəstəkçisidirlər: “Dövlət Proqramının əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclərimiz cəmiyyətin həyatında, bütün sahələrdə fəallıq göstərirlər. Təbii ki, yeni dövlət proqramının qəbul olunması gəncliyin inkişafını daha da stimullaşdıracaq və müəyyən məsələlərin həllinə əhəmiyyətli təsir göstərəcək”.