Vətəndaş Cəmiyyəti İlham Əliyevə təklif verdi

vetendas-cemiyyeti-ilham-eliyeve-teklif-verdi
Oxunma sayı: 687

“Qafqazinfo” xəbər verir ki, müracit daşqın bölgəsində mövcud problemlərin artması və bu problemlərin həlli ilə bağlı prezidentin 29 mart 2012- ci ildə imzaladığı sərəncamla əlaqədardır. O. Gülalıyev müraciətində yazıb: “Ötən müddət ərzində Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində bu işə məsul olan Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, yerli İcra Hakimiyyəti və s. qurumların xətti ilə müəyyən işlər görülüb və hazırda bu işlərin görülməsi davam etməkdədir. Xüsusən, rəsmi məlumatlara görə FHN tərəfindən ötən müddət ərzində 2953 ev tikilərək sakinlərin istifadəsinə verilib. Ümumilikdə 3115 tikilir, 162 ev tikilməkdədir. 2010- cu ildə Kür Araz daşqınlarının baş verməsi və qrunt sularının səviyyəsinin qalxması nəticəsində ziyan dəymiş ümumilikdə 23211 ailəyə 15732854 manat həcmində vəsait ödənilib. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Kür Araz çayları və Sarısı gölü ətrafında bəndlər hündürləşdirilib və möhkəmləndirilib. Amma bütün bu görülən işlərə baxmayaraq, müəyyən problemlər var və daşqınların nəticələrini hələ ki, tam aradan qaldırmaq mümkün olmayıb. Digər tərəfdən yuxarıda qeyd olunan işlərin görülməsində bəzi problemlər, qeyri- peşakarlıq, vəsaitlərdən tam istifadə olunmaması, vətəndaşların hüquqlarının tapdanması, vətəndaş cəmiyyəti ilə normal əməkdaşlıq edilməməsi və s. kimi hallar mövcuddur.

Hesab edirik ki, bu halların yaranmasında və şəffaflığın, hesabatlılığın, səmərəliliyin olmamasının əsas səbəblərindən biri də odur ki, bu işə məsul olan Dövlət Komissiyasının işində ictimai iştirakçılıq yox səviyyəsindədir. Amma siz həmişə öz çıxışlarınızda dövlət qərarlarının qəbul olunmasında və icra edilməsində ictimai nəzarətin vacibliyini bildirmisiniz. Düzdür, hazırda bu istiqamətdə bizim “Kür” Vətəndaş Cəmiyyəti olaraq Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Ekologiya və Təbii Sərvətlər nazirliyi, eləcə də bəzi rayon İcra Hakimiyyətləri ilə əlaqələrimiz və əməkdaşlığımız var. Amma bu əməkdaşlıq kövrək və zəif olmaqla yanaşı, mövcud problemlərin həllində yetərli deyil və ümumi prosesdə ictimai iştirakçılığın təmin olunmasına köməklik etmir.

Hörmətli cənab prezident,

Biz sizin dövlət başçısı kimi 2010- cu il Kür Araz daşqınlarının baş verdiyi ilk günlərdən fəlakət bölgəsində olaraq fəlakətin yaratdığı problemlərin həlli istiqamətində göstərdiyiniz həssaslığı, diqqəti və bu istiqamətdə atdığınız bir çox addımları, eləcə də mart ayının 29- da imzaladığınız məlum sərəncamı təqdir edirik. Amma vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Sizə bildirməyi özümüzə borc hesab edirik ki, daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində qərarların qəbul olunması və icra edilməsi, eləcə də dövlət komissiyası tərəfindən fəlakətin təsirlərinə məruz qalmış insanların şikayətlərinin araşdırılması, idarə olunması, onların evinə, təsərrüfatına baxış keçirilməsi prosesində ictimai iştirakçılığın təmin olunmasına ehtiyac var. Əgər bu proseslərdə ictimai iştirakçılıq təmin olunarsa daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində ədalətli qərarların qəbul olunması, ayrılan ictimai vəsaitlərin şəffaf və səmərəli xərclənməsinə böyük təkan verə bilər ki, bütün bunlar da sonda daşqınların nəticələrinin daha tez müddətdə aradan qaldırılmasına, zərəçəkənlərin şikayətlərinin və problemlərinin həll olunmasına səbəb olar. Biz sizi ölkədə fəaliyyət göstərən bir sıra QHT, media, yerli İcma nümayəndələrinin cəmləşdiyi, son illərin ən işlək, fəal nümunəvi vətəndaş cəmiyyəti qurumlarından biri olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı adından bu təklifi nəzərdən keçirərək müvafiq addımların atılması üçün lazımi göstəriş vermənizi təklif edirik.

Təklifimizə diqqətlə yanaşacağınıza əmin olduğumuzdan bəri başdan Sizə öz təşəkkürümüzü bildiririk”.