Yazıçılar Birliyi pulu hara xərcləyib?

yazicilar-birliyi-pulu-hara-xercleyib
Oxunma sayı: 669

Azərbaycan Yazıçılar Birliyi (AYB) son 3 ilin maliyyə hesabatını ictimaiyyətə açıqlamalı olacaq. “Qafqazinfo”nun məlumatına görə, AYB-nin jurnalist Gülər Mehdizadənin informasiya sorğusunu cavablandırmamasından verilən şikayətə baxan Səbail Məhkəməsi belə qərar verib. Həmin qərara görə, Yazıçılar Birliyi jurnalistin sorğu ilə istədiyi bütün bilgiləri ona təqdim etməlidir.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənmə durumuna dair bilgilərin əldə edilməsi ilə bağlı araşdırma Media Hüququ İnstitutunun (MHİ) “Məhkəmə çəkişmələriylə hökumətin hesabatlılığını inkişaf etdirmək” təşəbbüsü çərçivəsində aparılır. “İnformasiya əldə etmək haqqında” Qanuna görə, belə bilgilər açıq bilgi sayılır. Bu araşdırmanın məqsədi belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaq olub.

var.az saytının əməkdaşı, jurnalist G.Mehdizadə bu məqsədlə 2011-ci ilin noyabrında Azərbaycan Yazıçılar Birliyinə bilgi sorğusu ilə müraciət edib. Sorğuçu AYB-nin 2009, 2010, 2011-ci illər üzrə maliyyə hesabatının, eləcə də birliyin büdcəsindən yazarların yaradıcılığının təbliğinə ayrılan vəsaitlərin məbləği, AYB-nin hesabatlarının, mətbu orqanları barədə bilgilərin ona təqdim olunmasını xahiş edib. AYB bilgi sorğusunu cavablandırmadığından sorğuçu Səabil Məhkəməsində iddia qaldırıb. İddiaçı xahiş edib ki, məhkəmə AYB-nin üzərinə sorğuya cavab vermək vəzifəsi qoyan qərar qəbul etsin.

Məhkəmə hakim Famil Nəsibovun sədrliyi ilə iddiaya baxaraq onu təmin edib. Məhkəmənin qərarına əsasən, AYB jurnalistin sorğu ilə istədiyi bütün bilgiləri G.Mehdizadəyə təqdim etməlidir.

Sədan