Yeddi gün istirahətdə olacağıq

yeddi-gun-istirahetde-olacagiq
Oxunma sayı: 699

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda martın 20-dən 24-nə kimi (5 gün) qeyri-iş günü olacaq. Martın 24-nün şənbə gününə düşməsi ilə əlaqədar olaraq 26 mart tarixi də qeyri-iş günü elan edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.