Yeni hərəkatın əsas məqsədi

yeni-herekatin-esas-meqsedi-
Oxunma sayı: 651

Bunu “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yaradılması ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, hərəkatın tərkibi təkcə təsisçilərdən ibarət olmayacaq. M. Miərlioğlu bu hərəkata qoşulaq üçün müraciət edən partiyaların da olduğunu qeyd edib: “Demokratik cəmiyyət istəyən hər bir partiya bu hərəkata qoşula bilər”.

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatın prezident seçkilərində vahid namizədinin olmayacağını qeyd edən M. Mirəlioğlu hərəkatın təsis yığıncağının yanvarın 12-də keçiriləcəyini söyləyib.

Qeyd edək ki. Klassik Xalq Cəbhəsi Partiyasının, Aydınlar Partiyasının, Açıq Cəmiyyət Partiyasının, Liberal-Demokrat Partiyasının və Azadlıq Partiyasının daxil olduğu bu hərəkata Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı adının yanvarın 9-da keçirilən iclasda qərara alınıb.

Sədan