“Çalışıram ki, peşmanlıq çəkməyim...”

calisiram-ki-pesmanliq-cekmeyim
Oxunma sayı: 3530

Müğənni Natavan həbibi küsülü olduğu həmkarı Elnur Məmmədovla bağlı sualları cavablandırıb. “Qafqazinfo”nun məlumatına görə, sənətçi "Şou məkan" verilişinə açıqlamasında deyib ki, müğənni ilə görüşmürlər:

"Heç Elnuru görürəm ki, ondan küsüm və ya barışım? Sonuncu dəfə onu Oksananın doğum günündə görmüşəm. İnsanlar heç nəyi bilmədiklərinə görə bizim küsüb barışdığımızı düşünürlər. Salam, sağ olumuz var. Biz düşmən deyilik. Elnurla əvvəlki sıx münasibətim yoxdur. Bunun isə heç kimə aiddiyyatı yoxdur. Bu, sırf üç-dörd nəfərin arasında olan söhbətdir".

Şəxsi həyatı ilə bağlı suallar isə Natavanı əsəbiləşdirib. O, bu haqda artıq danışmayacağını deyib:

“Bu haqda danışmağa bir şey yoxdur. Mən bir dəfə demişəmsə, yenilik yoxdursa, mən bunu təkrar-təkrar necə deyim? Lazım deyil. Nə vaxtsa, nəsə olsa, biləcəksiniz.
 
Ümumiyyətlə, çalışıram ki, həyatda heç nəyin peşmanlığını çəkməyim. Hər şeyə şükür edib, həyata davam edirəm. Həyatda ancaq gözəl şeylər yaşamırıq. Yaxşı da olur, pis də. Biz onlardan imtina edib unuda bilmərik”.